İŞİD-in `Qafqaz əmiri` öldürülüb


19:58     17 Aprel 2017 1438232257_iside-egitim-veren-4-turk-subayi-gozaltina-alindi-iddiasi_1143238_720_400.jpg

İŞİD terror qruplaşmasının “Qafqaz əmiri” ləqəbli terrorçusu Mosulun qərbində, yaşadığı evin qarşısında güllələnib.


“RİA Novosti”nin verdiyi məlumata görə, naməlum şəxslər “Qafqaz əmiri” ləqəbli Xasbulla əl-Qafqazini Mosulun qərbində, Təl-Afərdəkı evinin yaxınlığında öldürüblər.

Qeyd edək ki, İraq ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri keçən ilin oktyabr ayından Mosulun azad edilməsi üçün əməliyyat aparır. Bu ilin fevral ayından etibarən hərbçilər şəhərin qərb istiqamətində hərəkətə keçib.

Femida.az

Açar sözlər:

Oxunub: 1428